Vaxt.Az

İsrail Livanı vurdu


 

“Hizbullah” terrorçuları öldürülüb

İsrail Livanı vurdu İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hava zərbəsi nəticəsində “Hizbullah” terror təşkilatının iki üzvü ölüb. İsrailin hücumlarında öldürülən Hizbullah üzvlərinin sayı 409-a yüksəlib. Terror təşkilatı xəbəri təsdiqləyib.

“Hizbullah”ın rəsmi “Telegram” hesabından verilən açıqlamada İsrailin hücumlarında itkilərlə bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hava hücumlarında Fadi Muhammed Shehab və İbrahim Cəmil əl-Aşi adlı iki “Hizbullah” üzvünün öldürüldüyü bildirilib.

İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən etibarən Livanın cənubunda həyata keçirdiyi hücumlarda öldürülən “Hizbullah” terrorçularının sayı 409-a yüksəlib.

 





14.08.2024    çap et  çap et