Yaponiyanın “Yonhap” xəbər agentliyinin məlumatına görə, Kişida iyunun 6-da Xirosimanın atom bombasının atılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edərək, Yaponiyanın “üç qeyri-nüvə prinsipi”nə sahib olmamaq və istehsal etməmək öhdəliyinə sadiq olduğunu bildirib.
Baş nazir nüvə silahından azad bir dünya həyata keçirmək üçün ciddi çalışmağın Yaponiyanın vəzifəsi olduğunu bildirərək, bundan zərər çəkən yeganə ölkənin Yaponiya olduğuna diqqət çəkib.
Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yapon baş nazirin çıxışına etiraz olaraq, “həqiqət budur ki, istənilən vaxt nüvə silahı istehsal etmək və nüvə silahı əldə etmək qabiliyyətinə malik Yaponiya indi bu qabiliyyətinə haqq qazandırmaq üçün bəraət axtarır”, – cavabını verib.