Vaxt.Az

Mülkün keçmişi problemlidir


 

Almaniya Göbbelsin villasından xilas ola bilmir

Mülkün keçmişi problemlidir Almaniya Adolf Hitlerin təbliğat naziri Cozef Göbbelsin villasına sahib çıxa bilmir. Hökumətin 17 hektar böyük bir ərazini əhatə edən villanı satmaq cəhdləri müsbət nəticə verməyincə, Berlin əyalətinə aid mülklərin pulsuz veriləcəyi açıqlanıb.

Berlin Əyalətinin rəsmisi Stefan Evers may ayında verdiyi açıqlamada mülkün alınması üçün müraciətlərin qiymətləndiriləcəyini və torpağın uyğun hesab edilən şəxsə pulsuz veriləcəyini bildirmişdi.

Lakin ABŞ-ın “New York Times” qəzetinin yazdığına görə, müraciətlərin heç biri uğurlu olmayıb.

Mülkiyyəti dəriyə qulluq mərkəzinə çevirmək istəyən dermatoloqun, eləcə də başqalarının təklifləri də uyğun olmadığı üçün rədd edilib.

Digər tərəfdən Evers, Göbbelsin villası üçün radikal sağçı “Reichsbürger” hərəkatından təklif aldıqlarını da deyir.

Özlərini “Alman İmperiyasının vətəndaşları” (Reichsbürger) kimi qələmə verən bu hərəkatının 22 üzvü 2022-ci ildə tutulub. Müasir Almaniya dövlətini tanımayan təşkilata üzv olan müttəhimlər barəsində dövlət çevrilişinə cəhd və terror təşkilatı yaratmaq ittihamı ilə başlanan məhkəmə prosesi davam edir.

Evers əmlakın kimə veriləcəyi ilə bağlı böyük qeyri-müəyyənliyin olduğuna diqqət çəkərək deyir: “Berlinin bu binanı sui-istifadə riski altında olanlara təhvil verməməsinin əsl səbəbi onun tarixidir”.

Nasist Almaniyasının lideri Hitlerə ən yaxın adlardan biri olan Göbbels Berlindən 40 kilometr şimalda yerləşən Vandlitz (Wandlitz) şəhəri yaxınlığında dəbdəbəli villa tikdirib.

Bogensi gölünə baxan villanın Göbbelsin nikahdankənar əlaqələri üçün “sevgi yuvası” rolunu oynadığı da iddia edilir.

Göbbels həyat yoldaşı və 6 uşağı ilə Berlində yaşayarkən bu bölgəyə gizlində gedən və villasında qurduğu özəl kinoteatrda hazırladığı təbliğat filmlərini də nümayiş etdirirmiş.

II. İkinci Dünya Müharibəsindən sonra mülk bir müddət xəstəxana kimi istifadə edilib. Daha sonra Şərqi Almaniyada Kommunist Partiyasının gənclər təşkilatı burada nəhəng iqamətgahlar və təhsil mərkəzi tikdirib.

Uelsdəki Kardiff Universitetindən Gervin Strobl villa ilə bağlı fikrini bölüşür: “Əslində, bu bina ardıcıl iki alman diktaturasına ev sahibliyi edib. Bu, həm də binadan istifadə üçün sahib niyə belə çətin olduğunu izah edir”.

Mülkün illik saxlanması Berlin dövlətinə 280 min avroya başa gəlir. Daha baha başa gələcəyi üçün səlahiyyətlilər binanın bərpasında maraqlı deyil.

Villa ilə maraqlananlar arasında Avropa Yəhudi Birliyinin direktorlar şurasında olan ravvin Menahem Marqolin də var.

Marqolin deyir ki, o, binanı “nifrət əleyhinə təhsil mərkəzinə” çevirmək istəyir. Lakin belə olan halda məsrəflər Berlin dövləti tərəfindən qarşılanacağından hakimiyyət bu layihəni də bəyənmir.

 





14.08.2024    çap et  çap et