Vaxt.Az

Elektrikli skuterlərə qadağa


 

3,5 il ərzində 860 qəza və 7 ölüm hadisəsi

Elektrikli skuterlərə qadağa Avstraliyanın Viktoriya ştatının paytaxtı Melburnda təhlükəsizlik səbəbilə elektriklə işləyən skuterlərin kirayəsi qadağan edilib.

“ABC News”un məlumatına görə, şəhər şurası təhlükəsizlik təhlükəsi yaratdığını əsas gətirərək kirayə verilən elektrik skuterlərinin qadağan edilməsinə qərar verib. Şura üzvləri qərarı 6 əleyhinə 4 əleyhinə səslə təsdiqləyib.

Buna uyğun olaraq, şəhərdə elektrik skuter kirayəsi xidməti göstərən və müqavilələrində 6 ay qalan “Lime” və “Neuron” şirkətləri skuterlərini 30 gün ərzində yığmalıdırlar.

Melburn meri Nikolas Ris açıqlamasında skuter istifadəçilərinin pis davranışından bezdiyini bildirib. Ris qeyd edib ki, həddən artıq çox insan skuterlərini səkidə sürür, düzgün park etmir və bu da digər insanlarə narahat edir.

Ştatın qubernatoru Cakinta Allan isə skuterlərin ictimai nəqliyyatda bir seçim olmasının faydalı olduğunu və Melburn Bələdiyyəsinin bu qərarı verərkən “tələsik” davrandığını söyləyib. Allan bələdiyyədən qadağa qərarına yenidən baxmağı xahiş edib.

Digər tərəfdən, “Lime” şirkəti skuterlərin qadağan edilməsinin bölgə sakinləri üçün təhlükəsizliyi azaltmayacağını bildirib.

Viktoriya əyalət polisinin məlumatlarına görə, 1 dekabr 2021-ci il və 31 iyul 2024-cü il tarixləri arasında ştatda 860 elektrik skuter qəzası baş verib. Bu qəzalarda ümumilikdə 7 nəfər həlak olub.

 





14.08.2024    çap et  çap et