Vaxt.Az

«Ya donuz əti yeyin, ya da ac qalın!»


 

Fransa seçkilərində ultrasağçılar Marsellə bərabər 11 şəhərdə qalib gəlib

«Ya donuz əti yeyin, ya da ac qalın!» Ötən cümə Fransanın ultrasağçılar hərəkatının lideri Marin le Pen bəyan edib ki, son bələdiyyə seçkilərində onun «Milli Cəbhə» Partiyasının nümayəndələrinin qalib gəldiyi bölgələrdəki məktəblərin yeməkxanalarında müsəlman şagirdlər üçün tərkibində donuz əti olmayan qida məhsulları hazırlanması qadağan ediləcək.

Bu barədə Britaniyanın Daily Mail nəşri yazır. «Fransa dünyəvi dövlətdir və mənim partiyam məktəbli menyularına qoyulan heç bir dini tələblə razılaşmayacaq»- deyə radikal Fransa millətçisi vurğulayıb.

«Milli Cəbhə» Partiyasının nümayəndəsi olan yeni şəhər merlərindən biri isə jurnalistlərin müsəlmanlara qarşı növbəti qadağa ilə bağlı sualına unikal cavab verib. Onun sözlərinə görə, guya müsəlmanlar üçün «xüsusi imtiyazlara» həsəd aparan xristian və s. dinlərə mənsub digər məktəblilər də donuz ətindən imtina etdiklərindən xeyli ərzaq zay olur.

İngilis nəşri qeyd edir ki, ultrasağçılar Fransanın 11 şəhərində, o cümlədən məşhur liman şəhəri Marseldə də bələdiyyə seçkilərini udublar.

 





05.04.2014    çap et  çap et