Yuxarı Marnadakı (Haute-Marne) Sen-Dizye (Saint-Dizier) hava bazasındakı Rafale donanmasına aid olduğu bildirilən təyyarələrdən birini idarə edən pilotun təyyarədən atıldığı, digər təyyarədə olan təlimatçı və kursant pilotun axtarıldığı bildirilib.
Mört və Mozel vilayətinin qubernatorluğundan verilən yazılı açıqlamada, hərbi təyyarələrin qarışdığı qəzadan sonra əməliyyat mərkəzinin fəaliyyətə keçdiyi və hərbi qüvvələrin dəstəyi ilə axtarış-xilasetmə işlərinə başlanıldığı açıqlanıb. Axtarış-xilasetmə işlərinə qatılanlar arasında jandarma və xilasetmə qrupları da var.
Qubernatorluğun açıqlamasında qəza ilə bağlı hər hansı can itkisi məlumatı yer almayıb. Qeyd olunub ki, hərbi rəsmilər qəzanın səbəblərini araşdırır.