Almaniya Müdafiə Nazirliyinin sözçüsü Arne Kollatz Berlində keçirilən mətbuat konfransında Köln-Vahn bazasına icazəsiz giriş səbəbiylə bağlanıldığını bildirib, “təxribat şübhəsi də var”, – deyib. Kollatz bildirib ki, müvafiq orqanlar hadisə ilə bağlı araşdırma aparır.
Almaniya Ordusunun sözçüsü Ulrix Fonrobert Köln-Van Hərbi Hava Bazasında verdiyi açıqlamada, bu gecə su paylama qurğusuna gedən ərazidə hasarda dəlik aşkar edildiyini bildirib.
Fonrobert hadisəni törədənin tapılması üçün bazanın bir müddət bağlandığı, lakin intensiv axtarışlara baxmayaraq cinayətkarların hələ də tapılmadığı barədə məlumat paylaşıb.
Bazaya verilən suyun keyfiyyətində anormallıq olduğunu və onun çirklənmiş ola biləcəyini qeyd edən Fonrobert, içməli sudan götürülən nümunələrin analizinin davam etdiyini, buna görə də bazadakı suyun kəsildiyini bildirib.
Fonrobert hadisəyə ciddi yanaşdıqlarını və təhlükəsizlik bölmələrinin hadisəyə aydınlıq gətirmək üçün işlərini davam etdirdiklərini qeyd edib.
Fonrobert bir müddət sonra bazanın qapılarının yenidən açılacağını bildirib.
Digər tərəfdən, “Süddeutsche Zeitung” qəzetinin məlumatına görə, Almaniyanın Geilenkirçen şəhərindəki NATO bazası da təxribat şübhəsi ilə bağlanıb.
Köln-Vahn Hərbi Hava Bazasında Alman ordusunun bir çox bölmələri, eləcə də Almaniya hökuməti üzvlərinin və yüksək səviyyəli bürokratların səyahətinə cavabdeh olan bölmə yerləşir.