“Communications Psychology” jurnalında dərc edilən araşdırmada 104 cütlüyün aqressivlik səviyyələri akademiklər tərəfindən hazırlanmış rəqabət oyunu ilə araşdırılıb.
Oyunda iştirakçılar istədikləri həcmdə partnyorlarına narahatedici səs göndərə bilərdilər.
30 raunddan ibarət olan oyunda cütlüklərin mübahisə etməyə başladığı müxtəlif vaxtlarda 5-15 saniyəlik fasilələr verilirdi.
İştirakçıların emosional reaksiyaları qabaqcıl süni intellekt texnologiyaları, həmçinin mikrofonlar və 360 dərəcə bucaqlı kameralar vasitəsilə təhlil edilib.
Tədqiqatçılar oyun zamanı cütlərin aqressivlik səviyyələrinin getdikcə artdığını və bir-birlərinə yaxınlaşdıqlarını müşahidə ediblər. Lakin müəyyən edilib ki, 5 saniyəlik fasilələr bu sxemi pozub və qarşılıqlı aqressivliyin səviyyəsini aşağı salıb.
Tədqiqatlar Anna MakKüri (Annah McCurry), Robert May və David Donaldsonun nəzarəti altında həyata keçirilib. “Bu, cütlüklərin eskalasiya riskini daşıyan adi mübahisələri idarə etməkdən ibarətdir”, – deyən MakKürri əlavə edib ki, “test aşağı səviyyəli münaqişələr üçün etibarlıdır və fasilələr mübahisənin intensivliyinin artmasının qarşısını alır”.
Alim qeyd edib ki, bu, ilk dəfədir ki, belə bir təcrübə aparılır: “Cütlükləri 5 saniyəlik fasilə verməyə məcbur etmək 10 və ya 15 saniyəlik fasilə qədər təsirli idi. Bu onu göstərir ki, hətta ən qısa fasilələr də mübahisəni aradan qaldırmağa kömək edə bilər”.
Metodun gündəlik işlərdə tətbiq oluna biləcək sadə bir üsul təqdim etdiyini ifadə edən alim, “bu, cütlüklərin psixoloq terapiyasından daha ucuzdur”, – deyib.