Yerli medianın məlumatına görə, Kral Meteorologiya İnstitutunun (RMI) rəsmisi Devid Deenau (David Dehenauw), ayın ilk iki həftəsində qeydə alınan yağıntıların miqdarının artıq aylıq orta göstəricini keçdiyini bildirib.
Avqust ayının ardıcıl olaraq ən çox yağışın düşdüyü on birinci ay olduğuna və bunun ölkə tarixində ilk ay olduğuna diqqət çəkən rəsmi, “ölçmələrin aparılmağa başladığı 1833-cü ildən bu yana belə bir vəziyyət yaşanmamışdı”, – deyib.
Çərşənbə axşamı gecəsi ölkəni təsir edən tufanın yağıntı səviyyəsinin orta səviyyədən yuxarı qalxmasına səbəb olduğunu ifadə edən Deenau, qeydə alınan yağış miqdarının 100 millimetri keçdiyini bildirib.
Rsəmi, avqust ayı üçün normal yağıntının orta hesabla 86,5 millimetr olduğunu bildirib.
Həftənin əvvəlində həddindən artıq istilərlə əlaqədar xəbərdarlıq edilən ölkə çərşənbə axşamı axşam saatlarından etibarən yenidən güclü yağış və tufanlara məruz qalıb. Ölkənin bir çox yerində zirzəmilər su altında qalarkən, paytaxt Brüsseldə də bir çox tunel sulara qərq olub.
Ölkədə 1905-ci ildə qeydə alınan əvvəlki rekord ardıcıl 8 ay ərzində yağıntının orta səviyyəsindən yüksək olub.