Vaxt.Az

«Prioritet məsələlərdə maraqlar eynidir»


 

«Onlar düşdükləri vəziyyətdən çıxa bilməyəcək»

«Prioritet məsələlərdə maraqlar eynidir» Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkilərindən sonra Azərbaycana səfəri ənənəvi xarakter daşıyır və eyni zamanda əlamətdar hadisədir. Bu barədə 1news.az-ın müxbirinə Milli Məclisin deputatı Azay Quliyev bildirib.

 

Türkiyənin baş naziri bu gün Azərbaycana işgüzar səfərə gəlib. Səfər zamanı iki ölkə arasında hərbi-siyasi sahədə bir sıra sazişlərin imzalanması gözlənilir.

Deputatın sözlərinə görə, Ərdoğanın növbəti dəfə inamlı qələbəsi bir daha göstərdi ki, əhalinin böyük əksəriyyəti hazırki hökumətə və onun uğurla həyata keçirilən kursuna etibar edir.

«Türkiyə stabil və inkişaf edən dövlətdir və bunda ölkənin baş nazirinin böyük xidmətləri var. Ərdoğan 12 il ərzində Türkiyə iqtisadiyyatına böyük töhfə verib. Türkiyə bu gün dünya iqtisadiyyatında layiqli yer tutur», - deyə deputat qeyd edib.

A.Quliyevin sözlərinə görə, görüş çərçivəsində tərəflər iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin hərbi-strateji tərəfdaşlıq kimi mühüm məsələlər müzakirə olunacaq.

«Heç şübhəsiz ki, görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və Dağlıq Qarabağ münaqişəsi, həmçinin təhlükəsizlik məsələləri müzakirə olunacaq», - deyə deputat qeyd edib.

«Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və qardaş Türkiyə üçün prioritet vəzifədir və bizim dövlətlərin Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistana qarşı mövqeyi eynidir. Türkiyə hökuməti artıq dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin yoluna qoyulması, xüsusən də, sərhədlərin açılması Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini yerin yetirməyincə və öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmayınca aktual ola bilməz», - deyə A.Quliyev bildirib.

O həmçinin Ermənistanın Türkiyənin özünə qarşı irəli sürdüyü ərazi iddialarını xatırladıb.

«Ermənistan konstitusiyasında göstərilib ki, guya Türkiyə ərazilərinin müəyyən hissəsi Ermənistana məxsusdur və bu qətiyyən həqiqətə uyğun deyil. Bununla yanaşı Ermənistan fəal şəkildə qondarma «erməni soyqırımı» mövzusunu qabardır və bununla dünya ictimaiyyətinin diqqətini cəfəngiyatdan ibarət olan və tarixi sübutlara malik olmayan uydurma fakt və rəqəmlərə cəlb edir.

Ermənistan bu kimi yalan ittihamlarla nəinki erməni-türk sərhədlərinin açılmasına və Türkiyə ilə münasibətlərin yoluna qoyulmasına nail olacaq, hətta əsassız ümidlər vəd edən hərtərəfli inteqrasiya layihələrinin iştirakçısı olsa belə özünü saldığı iqtisadi təcrid vəziyyətdən də çıxa bilməyəcək», - deyə parlamentari bildirib.

Bakı və Ankara arasında gələcək inkişaf perspektivlərinə gəldikdə isə azərbaycanlı deputatın fikrincə, onlar qarşılıqlı etibar və tərəfdaşlıq müstəvisində inkişaf edəcək ki, bu da stabil münasibətlər üçün ilkin şərtdir.

 





05.04.2014    çap et  çap et