Vaxt.Az

İtaliya cənnətində selikli istila


 

İlboyu çimərlik tətili mövsümünü gözləyən əhali narazıdır

İtaliya cənnətində selikli istila İtaliyanın şərqində Adriatik dənizində sahil xəttinə malik olan Rimini şəhərinin sahil zolağında selikli qişa probleminin olduğu bildirilib. Ölkə mətbuatında dərc olunan xəbərlərdə çimərlikləri ilə məşhur olan Rimini şəhərinin sahil hissəsinin selikli qişa və fitoplanktonla sıx örtüldüyü bildirilib.

Avropa Birliyinin (AB) Kopernik İqlim Dəyişikliyi Xidmətinin peykləri tərəfindən çəkilmiş fotoşəkillərdə selikli qişanın sıxlığının açıq şəkildə göründüyü qeyd edilib.

Bildirilib ki, ölkədə tətil mövsümü kimi tanınan həftə ərzində başlayan seliklilik problemi səbəbindən istirahət edənlər dəniz əvəzinə hovuz və su parklarına üstünlük veriblər.

Sosial şəbəkələrdə yerləşdirdikləri videolarda bəzi ziyarətçilər Rimini çimərliklərində selik və fitoplanktonun sıxlığı səbəbindən il boyu gözlədikləri dənizkənarı tətilini keçirə bilməməkdən narazılıqlarını paylaşıblar.

Mövzu ilə bağlı mətbuata açıqlama verən mütəxəssislər, həm dənizin dibində, həm də səthində toplanan sıx və selikli maddənin son aylarda qeydə alınan yüksək temperatur və əvvəlcədən yağan güclü yağış nəticəsində əmələ gəldiyini bildiriblər.

Şirin suyun artmasının Adriatik dənizinin səthində duzluluğu azaltdığı və selikli qişanın sürətlə çoxalması üçün ideal şərait yaratdığı da bildirilib.

 





14.08.2024    çap et  çap et