Vaxt.Az

“Qırmızı düymə”lərin qapağı açılıb”


 

“Sərhədlərimizə daxil olmasa, nüvə silahından istifadə etməyəcəyik”

“Qırmızı düymə”lərin qapağı açılıb” Belarus prezidenti Aleksandr Lukaşenko ətraf ölkələr Belarus sərhədlərinə girmədikcə nüvə silahından istifadə etməyəcəklərini bəyan edib. Aleksandr Lukaşenko bu sözləri Rusiyanın dövlət televiziyası “Rossiya” kanalına müsahibəsində ölkədə nüvə silahından istifadə etmək üçün “qırmızı düymə”yə basmağa hazır olub-olmadığı sualını cavablandırarkən verib.

Nüvə silahları ilə bağlı artıq hər yerdə “qırmızı xətt”in keçildiyini bildirən Lukaşenko, “qırmızı düymə”lərin qapağı artıq Belarus və Rusiyanın hər yerində açılıb. Təkcə düyməyə basmaq qalır”, – deyib.

Rusiya prezidenti Vladimir Putinlə bu cür qərarlar qəbul edərkən bu barədə danışmalarının mənəvi cəhətdən uyğun olmadığını vurğulayan Lukaşenko, “Belarusda taktiki nüvə silahları ortaya çıxanda xaricdəki rəqiblərimizə birbaşa dedim: Biz dövlət sərhədlərimizə girənə qədər hər hansı bir silahdan istifadə etməyəcəyik. Bu, Belarus-Rusiya İttifaqı dövlət sərhədidir”.

 





15.08.2024    çap et  çap et