Vaxt.Az

Futbol matçında Hitlerin tablosu


 

Miçiqan Dövlət Universiteti məhkəməyə verilib

Futbol matçında Hitlerin tablosu Ötən ilin oktyabrında “Michigan State University Spartans” və “Michigan Wolverines” Universitetinin komandaları arasında keçirilən futbol matçında tabloda nasist Almaniyasının diktatoru Hitler və onun doğulduğu yer olan Avstriya göstərilib.

Görüntülər matçlar öncəsi keçirilən əyləncəli suallar müsabiqəsi çərçivəsində lövhədə nümayiş olunub. Suallardan biri də Hitlerin doğulduğu yer olub.

Miçiqan Dövlət Universiteti (MSU) hadisədən sonra üzr istəyib. Lakin sual müsabiqəsini təşkil edən “Carsilius Media” şirkəti keçən həftə universitetə ​​qarşı iddia qaldırıb.

Şirkət iddia edir ki, onların hazırladıqları viktorina məzmunu universitet tərəfindən icazəsiz istifadə edilib.

Şirkət bildirir ki, məzmun Avropa tarixinə və bu sahədə mühüm şəxsiyyətlərə yönəlib və ilk dəfə 13 oktyabr 2023-cü ildə “YouTube”da “The Quiz Channel”da yayımlanıb.

Şirkət bu məzmunun istifadəsi ilə bağlı universitetdən heç bir bildiriş almadıqlarını əsas gətirib və 21 oktyabr 2023-cü il tarixində keçirilən müsabiqədə sualların lövhədə əks olunmasının düzgün olmadığını bildirib.

“Associated Press” hadisənin oktyabrın 7-də Həmas-ın Əl-Əqsa daşqını ilə başlayan Qəzza müharibəsindən bir neçə həftə sonra baş verdiyinə diqqət çəkib.

MSU hadisədən sonra verdiyi açıqlamada görüntülərin və sualların üçüncü tərəf şirkətə aid olduğunu və qurumun dəyərlərini əks etdirmədiyini bildirib.

İddia çərçivəsində “Carsilius Media” universitetdən 150 min dollar təzminat tələb edir.

 





15.08.2024    çap et  çap et