Vaxt.Az

Husilərə cavab zərbəsi


 

ABŞ və İngiltərənin döyüş təyyarələri Yəməni vurub

Husilərə cavab zərbəsi ABŞ və İngiltərə koalisiyasına aid təyyarələr Yəmənin qərbindəki Hudeydə şəhərinə hücum edib. Husilərə bağlı “Əl-Mesira” televiziyasının xəbərində şəhərin Salif bölgəsi hədəf alınıb.

Bombardman nəticəsində dəyən ziyanla bağlı məlumat verilməsə də, koalisiya qüvvələri hücumlarla bağlı açıqlama verilməyib.

Husilərin nəzarəti altında olan sahildə yerləşən Hudeyda beynəlxalq hava limanı və 3 limana ev sahibliyi etdiyindən Yəmənin ən əhəmiyyətli şəhərlərindən biri hesab olunur.

Yəməndə İranın dəstəklədiyi husilərin lideri Əbdülməlik əl-Husi televiziyada yayımlanan çıxışında “Qəzzəyə dəstək əməliyyatları”nın balansı haqqında məlumat verib.

Qəzzaya dəstək əməliyyatlarının başlamasından bu yana İsrail, 73 yəmənlinin həyatını itirdiyini bildirib. Husi lideri bu həftə 15 ballistik və qanadlı raket və pilotsuz uçuş aparatları ilə ABŞ və İsrailə aid gəmilərə qarşı əməliyyat keçirdiklərini açıqlayıb.

Qəzzaya dəstək əməliyyatlarının davam edəcəyini vurğulayan Əbdülməlik əl-Husi ötən ilin noyabr ayından bu yana ABŞ və digər ölkələrin hücumları nəticəsində 73 yəmənlinin həyatını itirdiyini, 181-nin isə yaralandığını qeyd edib.

 





15.08.2024    çap et  çap et