Vaxt.Az

“İş axtarıram”


 

Baydendən prezidentlikdən getməklə bağlı zarafat

“İş axtarıram” Ağ Evdə sosial media fenomenləri ilə görüşən ABŞ prezidenti Co Bayden, səlahiyyət müddəti bitdikdən sonra Ağ Evi tərk edəcəyi ilə bağlı zarafat edərək “iş axtardığını” bildirib.

81 yaşlı prezidentin “siz bizim ünsiyyət tərzimizin bütün dinamikasını dəyişən bir irəliləyiş etdiniz və buna görə də sizi Ağ Evə dəvət etdim, çünki iş axtarıram” deməsi gülüşə səbəb oldu.

“Bilirəm ki, 40 yaşım var. Sizcə təqaüdə çıxanda hara gedəcəm”, sualını verən Bayden, “mənim əlaqələrim var və iş axtaracağam”, – deyib

Bu gün bir çox insanın sosial mediada gündəm yaratmaq üçün növbəyə durduğunu və sosial platformalara fenomenliyi biznesinin təxminən 250 milyard dollar olduğunu və gələcək illərdə bunun daha artacağını gözlənildiyini söylənilir. Beynəlxalq investisiya bankı “Goldman Sachs”ın təhlilinə görə, gündəm yaratmaq və sosial media reklamçılığı iqtisadiyyatının həcminin 2027-ci ilə qədər yarım trilyon dollara yaxınlaşa biləcəyi proqnozlaşdırılır.

 





16.08.2024    çap et  çap et