Dünya Səhiyyə Təşkilatının “fövqəladə vəziyyət” elan etdiyi və Afrika ölkələrindən sonra Avropa ölkələrinə də yayılan Meymun çiçəyi virusu ilə bağlı sensassion bir iddia gündəmə gəlib. 2021-ci ildə keçirilən Münhen Təhlükəsizlik Konfransı zamanı meymun çiçəyi virusunun dünyaya yayılaması ilə bağlı bir ssenarinin təqdim edildiyi ortaya çıxıb.
***
Münhen Konfransında təfərrüatları ictimaiyyətə açıqlayan mənbə “araşdırmalarımız bizə göstərdi ki, “təbii bir virus epidemiyasının idarə edilməsi ya proqnozlaşdırıla bilməz. Təbii ki, bu virusun yayılması insanlar vasitəsilə əvvəlcədən planlaşdırılmayıbsa. Bu qənaətə necə gəldiyimizi ümumiləşdirsək, viruslar DNT-si olmayan, yalnız RNT-yə malik mikroorqanizmlərdir və çoxalmaq üçün hüceyrənin içindəki bir zülalla uyğunlaşmalı olurlar. Onlar özbaşına çoxala bilməzlər. Bakteriyalar isə öz DNT-lərinə malik olan və hətta ətraflarında olan digər DNT ilə uyğunlaşa bilən mikroorqanizmlərdir. Buna görə də bakteriyalarda mutasiyaları proqnozlaşdırmaq mümkün deyil. Çünki mühitindən başqa bir DNT quruluşu ilə uyğunlaşma ehtimalı var. Viruslarda bu belə deyil. Virusların mutasiyaya uğraması üçün viruslar üçün lazımi şərait hazırlanmalı və ya yaradılmalıdır.
***
Meymun çiçəyi virusu ilə bağlı hazırlanan mümkün ssenarinin iki səbəbi ola biləcəyinə diqqət çəkən mənbə, “həmin hesabat hazırlanarkən virus artıq yumurtadan çıxmışdı və müşahidə olunmağa başlamışdı. İkincisi, virus laboratoriyada yaradıla bilər. Əgər həmin anda dünyada virus müşahidə edilirsə və alqoritmlər işlədilirsə, belə qənaətə gəlmək olar ki, tədbir görməli olan qurum və təşkilatlar tədbir görmək əvəzinə, tam əksinə belə bir epidemiyanı yaratmaq üçün xüsusi olaraq canfəşanlıq göstərib. Əgər belədirsə, bu vəziyyətin bioloji müharibə olduğu qənaətinə gəlmək olar”.
***
Bu gün bioloji silahların geniş şəkildə istifadə edildiyini bildirən mənbə, ABŞ-ın əvvəllər Sağlamlıq Kəşfiyyatı kimi tanınan kursu 2012-ci ildə Genetik Kəşfiyyat kursuna dəyişildiyini və Müdafiə Nazirliyinin Kəşfiyyat Məktəbində tədris edildiyini bildirib.
“Bioloji silahlar odlu silahlardan daha təsirli bir məhvetmə vasitəsi kimi görünür. Odlu silah minlərlə insanı öldürə bildiyi halda, bioloji silahların yüz minlərlə insanın ölümünə səbəb ola biləcək potensialı var. Əldə etmək nisbətən asandır, lakin saxlamaq və yaymaq sinir qazlarından daha çətindir. Bioloji hücum artıq böyük ölkələrin müharibə anlayışına daxil edilib”, – mənbə deyib.
Dünyanın gələcəkdə daha çox belə pandemiyalarla qarşılaşa biləcəyini deyən mənbə, “indi çox diqqətli olmalıyıq. Yeni sağlamlıq səfərbərliyi qanunu yazılmalıdır. Hazırlanacaq sağlamlıq səfərbərliyi hərbi səfərbərliyə uyğun olmalıdır”, – deyə vurğulayıb.