“TikTok” fenomeni Yerim Li də müntəzəm olaraq paytaxt Seula gedir və bəzi prosedurlardan keçir. Ölkəyə son səfəri zamanı Li üç gün ərzində üzündə və bədənində 15 ayrı prosedurdan keçib.
11 yaşına qədər Cənubi Koreyada yaşayan fenomen “20 yaşının ortalarına çatdıqda” zaman-zaman botoks almağa başlayıb. Nyu-Yorkda yaşayan Li deyir: “Botoks və dolğu tətbiq etmək üçün təyyarəyə Koreyaya gedib-qayıtmaq, buradakından daha ucuzdur”.
“TikTok” videosunda əməliyyatlarını izah edən Li qaşlarını qalıcı makiyajla (mikroblade) etdirdikdən sonra fərqli bir klinikada üzü üçün müxtəlif prosedurlar keçirib. Bura kollagen istehsalını artıran inyeksiya, o cümlədən alın, çənə və qaşlar arasında botoks, üz və boyundakı qırışları yoxa edən lazer, həmçinin üz cizgiləri üçün ultrasəs müalicəsi daxildir.
Ayrı bir klinikada o, çiyinlərinin görünüşünü dəyişdirmək üçün botoks və qollarındakı piyləri əridən iynələr vurdurub. Daha sonra çənəsindəki piy üçün əməliyyat keçirən Li, ümumilikdə təxminən 4500 dollar ödədiyini deyir. Fenomen bildirir ki, bəzi əməliyyatlar ona pulsuz təklif edilsə də, bu qiymətləri başqa heç bir yerdə tapa bilmir.
Digər tərəfdən Li Cənubi Koreyada plastik cərrahiyyə əməliyyatı keçirmək istəyənlərə xəbərdarlıq edib. O əlavə edir ki, əvvəlcədən yaxşı araşdırma aparılmalıdır və dili bilmək faydalıdır.
Bundan əlavə, Li bütün prosedurların eyni klinikada aparılmasının daha yaxşı olacağını düşünür. Əməliyyatlardan sonra üzü uzun müddət şişmiş və bunun allergiyaya səbəb olduğundan narahat olub.
TikTok fenomeni xüsusilə əvvəllər belə əməliyyatlar keçirməyənlərə həkimlə ətraflı danışmağı tövsiyə edir. O deyir ki, bütün prosedurları bir klinikada aparmaqla onların birlikdə hansı effekti verəcəyi ilə bağlı daha yaxşı ekspert rəyi alınmalıdır.
Li gözəllik standartlarına riayət etmək üçün plastik əməliyyat keçirməyin düzgün olduğu qənaətindədir: “Bu, yaxşı və ya pis bir şey deyil, sadəcə olaraq həyatın bir parçasına çevrilib”.
Bununla belə, ekspertlər bu sənayenin qaranlıq tərəfinin də olduğunu deyirlər.
Bəzi tarixçilərə görə Cənubi Koreyada gözəllik standartları Koson Krallığından gəldiyini, digərləri isə 1950-ci illərdən başlayaraq ABŞ-ın təsiri ilə yarandığını deyir.
Mövzu ilə bağlı kitab yazan jurnalist Elise Hu deyir: “Koreyada gözəlliyə siyasi, iqtisadi və sosial kapitalın bir forması kimi baxan bir cəmiyyət gördüm. Bəzi insanlar bu standartlara əməl etmək səylərində özlərinə inamlarının zədələndiyini söyləsələr də, mütəxəssislər müəyyən bir yola baxmaq vəsvəsəsinin psixi sağlamlıqlarına mənfi təsir göstərə biləcəyini də qeyd edirlər”.
“Onlar xarici görünüşümüzə görə bir-birimizi və özümüzü mühakimə etməyə sövq edir və bu, bizi həqiqətən də özgələşdirə bilər”, – deyə Hu bildirib.
2018-ci ildə Cənubi Koreyada “escape the corset” adlı hərəkat başlayıb və yüzlərlə qadın bu gözəllik standartlarına qarşı mübarizə aparmaq üçün makiyajını məhv edib və saçlarını kəsib.
Plastik cərrahiyyənin verə biləcəyi fiziki ziyana qarşı diqqətli olmaq da faydalıdır. Bu ilin yanvarında Çinin Seuldakı səfirliyi xəbərdarlıq etmişdi ki, Cənubi Koreyada plastik cərrahiyyə əməliyyatı ciddi üz dəyişikliklərinə və hətta ölümə səbəb ola bilər.