Vaxt.Az

“Şolz zəifdir”


 

Almanlar hökumətdən narazıdır

“Şolz zəifdir” Almaniyada keçirilən sorğu nəticəsində məlum olub ki, insanların əksəriyyəti Almaniya kansleri Olaf Şolzu zəif siyasətçi hesab edir. Alman ictimai yayımı ZDF-nin “Politbaromater” sorğusunda iştirak edənlərin 76 faizi Şolzun “liderlik nümayiş etdirə bilmədiyini” deyib. Baş nazir haqda tam əskini düşünənlərin nisbəti yüzdə 16 olaraq qalıb.

Sorğuda Şolzun üzvü olduğu Sosial Demokrat Partiyasının (SPD) tərəfdarlarının 60 faizinin baş nazir haqda eyni düşüncədə olması diqqət çəkib. Şolzun baş nazir olaraq “işini yaxşı görmədiyini” ifadə edənlər 58 faiz, bunu əksini düşünənlərin nisbəti isə yüzdə 36 olub.

“2025-ci ildə keçiriləcək ümumi seçkilərdə Olaf Şolz yenidən SPD-nin baş nazir namizədi olmalıdırmı”, – sualına iştirakçıların 67 faizi “Xeyr”, 29 faizi isə “Bəli” cavabını verib.

SPD tərəfdarları arasında Şolzun ​​yenidən baş nazir namizədi olmasını istəməyənlərin nisbəti yüzdə 41 olaraq hesablanıb.

***

Sorğunun nəticələrinə görə, ictimaiyyətin yarıdan çoxu SPD, Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət “svetofor” koalisiyasının işindən narazıdır.

Sorğuda iştirak edənlərin 62 faizi hökumətin işini “pis”, 33 faizi isə “yaxşı” hesab etdiklərini bildirib.

Hökumətin qanunvericilik müddətini başa vurub 2025-ci ilin sentyabrına qədər vəzifəsini davam etdirəcəyinə inananların nisbəti 74 faiz olduğu halda, sorğuda iştirak edənlərin yalnız 21 faizi növbədənkənar seçkilərin keçiriləcəyini düşünür.

***

Sorğuda Xristian Birlik (CDU/CSU) partiyaları yüzdə 32 ilə birinci partiya mövqeyini qoruduğu halda, səs nisbəti əvvəlki aya nisbətən 1 bal azalan ifrat sağçı populist Almaniya üçün Alternativ Partiyası 16 faizlə ikinci yerdə qərarlaşıb. SPD 14 faizlə üçüncü yerdə olarkən, Yaşılların səs nisbəti yüzdə 13 olub.

Sol Partiyadan ayrılan Sahra Vaqenkneçt Alyansı-Anlaşma və Ədalət Partiyasının səs nisbəti əvvəlki ayla müqayisədə 1 bal artaraq 8 faizə çatıb.

Hökumətin kiçik tərəfdaşı FDP-nin səs nisbəti 4 faiz olaraq qalıb.

 





16.08.2024    çap et  çap et