Vaxt.Az

Turbulentliyin stüardessalara xeyri


 

Uçuşdaxili xidmətlərdə dəyişikliklər təklif edilir

Turbulentliyin stüardessalara xeyri Cənubi Koreya hökuməti son illərdə turbulentlik nəticəsində yaranan qəzaların artmasından sonra ölkədəki aviaşirkətlərə uçuş xidmətlərində dəyişiklik etməyi tövsiyə edib.

“Yonhap” xəbər agentliyinin verdiyi məlumata görə, ölkənin Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi turbulentliyin səbəb olduğu uçuş zamanı qəzaların qarşısını almaq üçün alınan yeni təhlükəsizlik tədbirləri ilə bağlı açıqlama verib.

Açıqlamada, adətən eniş zamanı turbulentliyin meydana gəldiyinə diqqət çəkilərək, baş verə biləcək qəzaların qarşısını almaq üçün orta və uzun müddətli uçuşlarda enişdən 40 dəqiqə, qısa müddətlilərdə isə enişdən 15 dəqiqə əvvəl yemək xidməti və rüsumsuz satış kimi xidmətlərin dayandırılması tövsiyə edilib.

Açıqlamada bildirilib ki, “Korean Air” və “Asiana Airlines” kimi böyük aviaşirkət şirkətləri bu yeni təcrübəyə təşəbbüs göstəriblər və digər aşağı büdcəli aviaşirkətlər bu tövsiyələri nəzərə almağa hazırdırlar.

Nazirliyin məlumatına görə, 2024-cü ilin ilk 6 ayında Cənubi Koreya aviaşirkətlərində 14 min 820 turbulentlik hadisəsi qeydə alınıb. Bu rəqəmin 2019-cu ilin eyni dövrü ilə müqayisədə 78 faiz çox olduğu bildirilir.

 





16.08.2024    çap et  çap et