NASA İqlim Xidməti Norveçin Svalbard arxipelaqındakı buzlaqların yüksək temperatur səbəbindən rekord səviyyədə əriməyə başladığını açıqlayıb: “Yayın yüksək temperaturu Norveç arxipelaqında buzlaqların inanılmaz dərəcədə əriməsinə səbəb olub”.Dünyanın ən şimalındakı bəzi buzlaqların yerləşdiyi Svalbard planetin ən sürətlə istiləşən yerlərindən biridir. “Buzlaqlar iyulun 23-də bütün zamanların gündəlik səth əriməsi rekordunu qırıb”, – açıqlamada deyilir.
Norveçin Svalbard arxipelaqı qlobal orta göstəricidən 6 dəfə daha sürətlə istiləşir. Alimlərin fikrincə, qütb ayılarının risk altında olduğu Svalbard iqlim dəyişikliyinin ən aydın şəkildə müşahidə edildiyi bölgədir.
çap et