Yaponiya Meteorologiya İdarəsi (JMİ) ölkə yaxınlığından keçən “Ampil” tayfunu səbəbindən güclü külək, yağış, daşqın və torpaq sürüşmələri ilə bağlı xəbərdarlıq edib.
Rəsmilər, Tokio və Naqoya arasında qatar xidmətlərinin ləğv edildiyini və bəzi yerli uçuşların daha yavaş cədvəllərə keçdiyini və əlverişsiz hava şəraitindən təsirlənən bir çox reysin ləğv edildiyini açıqladı.
Normalda axşam saatlarına qədər açıq olan Disneyland tayfun səbəbiylə saat 15:00-da bağlanarkən, yük şirkəti Yamato Transport 16-17 avqust tarixlərində Tokio və yaxın bölgələrə çatdırılma olmayacağını açıqlayıb. Səlahiyyətlilər əhaliyə çaylardan və çimərliklərdən uzaq durmaq barədə xəbərdarlıq edib.
Tokio yaxınlığındakı sulardan keçdikdən sonra şimala doğru davam edəcəyi və Kanto və Tohoku bölgələrinə təsir edəcəyi gözlənilən Ampil qasırğasının quruya çatması gözlənilmir.