Bayram şənliyi zamanı “Fouga Magister” tipli təyyarə dənizə düşüb. Fransız səlahiyyətliləri pilotun cəsədini saatlarla aparılan axtarışlardan sonra tapdıqlarını bildiriblər.
Pilotun ordu üzvü olmadığı açıqlanıb.
Fransa Hərbi Hava Qüvvələrinin “Patrouille de France” akrobatika bölməsi də aviaşouda iştirak etmək niyyətində idi, lakin qəzaya görə tədbirdə onların şousunu ləğv etmək qərarına gəlinib. Bildirilib ki, “Fouga Magister” tipli təyyarə 1964-1980-ci illərdə Fransa ordusu tərəfindən istifadə edilib.
Qeyd edək ki, avqustun 14-də ölkənin Mört və Mozel vilayətində iki hərbi təyyarənin havada toqquşmasından sonra qəzaya uğradığı bildirilib. Bu qəzada iki hərbçi həyatını itirib, bir nəfər isə yaralanıb.