Ukrayna ordusunun Kurskdakı hərəkətlərini izah edən Sirski, “hücum qrupunda olan əsgərlərimiz Rusiyanın Kursk vilayətinin müxtəlif məntəqələrində 1-3 kilometr irəliləyib. Bütün cəbhə xətti boyunca toqquşmalar davam edir. Ümumilikdə vəziyyət nəzarət altındadır”, – deyib.
Hazırda Kursk vilayətinin Suca rayonunun Malaya Loknya kəndi yaxınlığında qarşıdurmaların davam etdiyini bildirən Sirski, “ümid edirəm ki, orda da çox sayda əsir tutacağıq. Əsir mübadiləsi fondumuzu doldurmağa davam edirik”, – deyib.
General-mayor Eduard Moskalevin dünən Kursk vilayətində yaradılan hərbi komandanlıq mərkəzinin rəisi vəzifəsinə başladığını bildirən Sirski, “hər şey təmin olunub. Logistika sistemi problemsiz işləyir”, – deyib.