Ukrayna Baş Qərargah rəisi, general-polkovnik Aleksandr Sirski ölkəsinin Rusiyanın Kursk vilayətinin işğal olunmuş hissəsində hərbi komandanlıq yaratdığını açıqlayıb. “Qüvvələrimiz Kursk vilayətində əməliyyatlara başlayandan bəri ümumilikdə 35 kilometr irəliləyib”, – deyən Sirski, ordunun hazırda Kursk vilayətində 1150 kvadrat kilometr əraziyə və 85 şəhərə nəzarət etdiyini deyib.
Kursk vilayətinin qubernatoru Ukrayna hərbçilərinin iki ölkə arasındakı sərhəd bölgəsinə doğru irəliləməsi nəticəsində 120 minə yaxın insanın təxliyə edildiyini bildirib. Məlumata görə, Kursk qubernatorunun müavini Aleksey Smirnov Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşmələr zamanı daha 60 min insanın təxliyə edilməli olduğunu deyib.