Hücuma qatılan əsgərlərin ingilis ordusu ilə bir neçə günlük təliminin əsas mövzusunun hündür binalara basqınlar olduğu bildirilib.
“Times” adı açıqlanmayan mənbəyə əsaslanan iddiada Ukrayna ordusunun hücumunun ümumiyyətlə “zəif təşkil edildiyini” və ordunun təxliyə üçün tibbi ləvazimatlara malik olmadığını vurğulayıb.
İddiada, qarşıdurmalarda istifadə edilən Qərb istehsalı silahların davamlı olaraq tutulduğu da ifadə edildi.
Avqustun 6-da Ukrayna ordusu Rusiya ərazisinin Kursk vilayətinə hücumlara başladıqdan sonra iki ordu arasında şiddətli toqquşmalar başlayıb. Rusiya Fövqəladə Hallar Nazirliyi Rusiya və Ukrayna hərbi qüvvələri arasında şiddətli toqquşmalara görə Kursk vilayətində vəziyyətin “federal fövqəladə vəziyyət” səviyyəsinə yüksəldildiyini açıqlayıb.
Nazirlik münaqişələr səbəbindən bölgədən 76 mindən çox insanın təxliyə edildiyini, ölkənin 8 müxtəlif bölgəsində 60-a yaxın müvəqqəti məskunlaşma mərkəzinin yaradıldığını açıqlamışdı.