Vaxt.Az

“Həmasa təzyiq edin”


 

Netanyahudan beynəlxalq ictimaiyyətə çağırış

“Həmasa təzyiq edin” İsrail Baş nazir Benyamin Netanyahu “27 May prinsipləri” olaraq xarakterizə etdiyi şərtləri qəbul etməsi üçün beynəlxalq ictimaiyyəti HƏMAS-a təzyiq göstərməyə çağırıb.

Bəyanatda, İsrailin “əsas prinsiplərinin ABŞ və digər ölkələr tərəfindən bilindiyi” vurğulanıb və “Həmas vasitəçilərin təzyiqi nəticəsində bu şərtləri qəbul etdikdə həyata keçiriləcək addımlar müəyyənləşəcək” iddiasını irəli sürülüb.

***

İsrail mətbuatı Netanyahunun israr etdiyi “27 May prinsipləri” adlandırılan maddələri sıralayıb:

İsrailin Qəzza zolağı ilə Misir arasındakı Filadelfiya Dəhlizi adlanan sərhəd xəttində və Qəzzanın Misirə açılan Rəfah Sərhəd Qapısında HƏMAS üzvlərinin Qəzzanın cənubdan şimalına ola biləcək geri qayıtmasının qarşısını almaq üçün Qəzza zolağının şimal-cənub xəttindəki Netzarim dəhlizində nəzarət mexanizminin yaradılması.

***

Bundan əlavə, atəşkəs razılaşmasının imzalanmasından sonra Netanyahunun İsrailin Qəzzaya yenidən hücum etmək hüququnu qorumaq istədiyi bildirilir.

Mətbuatda bildirildi ki, Mossad direktoru David Barnea, İsrailin baş müzakirəçisi və müdafiə naziri Yoav Qallant ona Netanyahunun əlavə etmək istədiyi maddələrin razılaşmanı çətinləşdirəcəyini deyib.

HƏMAS-ın yüksək rütbəli rəsmiləri Əl-Cəzirə telekanalına ABŞ prezidenti Co Baydenin iyulun 2-də açıqladığı təklifdə razılaşdırılan məsələlərin Dohada aparılan danışıqların nəticələrinə daxil edilmədiyinə işarə ediblər.

Fələstin mənbələrindən alınan məlumata görə, Dohada keçirilən görüşün yekununda Qəzzanı ikiyə bölən Netzarim dəhlizi və Qəzza zolağı və Misirlə həmsərhəd olan Filadelfiya dəhlizi ilə bağlı maddələr yer almayıb.

***

İsrail və HƏMAS arasında Qəzza zolağında əsirlərin mübadiləsi və atəşkəsin əldə edilməsi məqsədilə Qətərin paytaxtı Dohada iki gün danışıqlar aparılıb.

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Taninin, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Börns, Misirin Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamil və Mossad direktoru David Barneanın rəhbərlik etdiyi nümayəndə heyətləri Dohada keçirilən danışıqlarda iştirak ediblər.

 





17.08.2024    çap et  çap et