Vaxt.Az

Kolumbiyada terror təhlükəsi


 

Polisin basqın etdiyi evdən çoxlu partladıcı maddə tapılıb

Kolumbiyada terror təhlükəsi Cənubi Amerika ölkəsi Kolumbiyada polis və hərbi birləşmələr Ədalət Sarayına hücum ehtimalına qarşı geniş təhlükəsizlik tədbirləri görüb. Polis paytaxt Boqotanın cənubundakı Bolivar rayonunda iki evə basqın edərək Ədliyyə Sarayının maketi və çoxlu sayda partlayıcı maddə ələ keçirib.

Əməliyyatdan sonra həyəcan təbili çalan təhlükəsizlik qüvvələri tarixi Bolivar Meydanında yerləşən Ədalət Sarayının ətrafında təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıb. Ali Məhkəmə üzvləri və əməkdaşları təhlükəsizlik səbəbilə bir müddət olduqları yerdən ayrıla bilməyiblər.

Kolumbiya mətbuatında dərc olunan xəbərdə həbs edilən şəxslərin uzun müddətdir Ədliyyə Sarayına hücum planları qurduğu bildirilib. Sədr və Ali Məhkəmənin üzvləri vəziyyəti dəyərləndirmək üçün Milli Polis rəsmiləri ilə geniş müşavirə keçiriblər.

1985-ci ildə Kolumbiyada Ədalət Sarayına basqın zamanı 94-dən çox insan həyatını itirmişdi. Bu terror ölkə tarixində ən qanlı aksiyalardan biri hesab olunur.

 





17.08.2024    çap et  çap et