Vaxt.Az

Siçovullar və ilanların hücumu


 

Roma gəmirici və həşəratların istilasına məruz qalıb

Siçovullar və ilanların hücumu Dünyanın ən turistik şəhərlərindən biri olan İtaliyanın paytaxtı Roma qağayı, siçan və eşşəkarısı hücumu səbəbindən çətin günlər keçir. Tez-tez ilan görən insanlar panikaya düşüblər.

Yerli əhalinin dediyinə görə, şəhər siçan və ilanların sayının artması səbəbindən vəhşi meşəyə çevrilib.

“The Guardian” yazır ki, Romada yüksək temperatur və bitib-tükənməyən zibil problemi səbəbindən siçovul və ilanların sayında kütləviləşmə var.

Ölkədə təhlükəli vəhşi heyvanları tutmaqla məşhur olan zooloq Andrea Lunerti bu yay ilanlarla bağlı çağırışlara cavab verə bilmədiyini açıqlayıb. Xüsusilə ilanların sayının artdığını qeyd edən Lunerti, qış aylarında belə isti havaların bunda təsirli olduğuna diqqət çəkib.

Terraslarda, bağlarda və məktəb binalarında gizlənən ilanlar üzündən xalq böyük çaxnaşma yaşayır.

İtaliya mətbuatının yazdığına görə, hornetlərin sayındakı sıçrama ölkədə narahatlıq doğurur.

Mütəxəssislər vurğulayırlar ki, Roma tullantıların idarə olunmasını tənzimləmədən bu problemdən xilas ola bilməz. Roma şəhər administrasiyası tənqidləri rədd edir və narahatlığa səbəb olmadığını iddia edib.

 





17.08.2024    çap et  çap et