Vaxt.Az

“Bura daha təhlükəsizdir”


 

Amerikalı ailə Rusiyaya qaçdı

“Bura daha təhlükəsizdir” Rusiyada yaşamaq icazəsi alan ABŞ-lı Hayer ailəsi, ölkələrində ənənəvi ailə dəyərlərinə etinasızlıq göstərildiyini və Amerikanın daha təhlükəli olduğunu deyərək Moskvada məskunlaşıb.

Amerikalı ailə Rusiyadan yaşayış icazəsi alıb və una görə prezident Putinə təşəkkür edib..

Rusiya Daxili İşlər Nazirliyi tərəfindən yayımlanan videoda ailənin atası Leo Hayer, “ABŞ-da ailəmin təhlükəsiz olmadığını hiss etdim. Bu vəziyyətdə Rusiyanın ailələr üçün yaxşı bir yer olmasını təmin etdiyi üçün prezident Vladimir Putinə təşəkkür edirəm”.

Üç uşaqlı Hayer ailəsi ABŞ-dakı “mənəvi çöküşdən” xilas olduqlarını bildiriblər. Qeyd olunub ki, ailə bir həftə ərzində Rusiyadan yaşayış icazəsi alıb.

Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bəyan edib ki, xristian dəyərlərinə sadiq qalan ailə ABŞ-da ənənəvi ailə dəyərlərinə etinasızlıq göstərilməsi fikri ilə Moskvaya gəlib.

Britaniyanın “The Times” qəzetinin yazdığına görə, son vaxtlar Rusiyaya köçmək istəyən amerikalıların və avropalıların sayı artmaqdadır.

 





17.08.2024    çap et  çap et