Vaxt.Az

Abbasovadan sonra hədəfdəki Adamsdır


 

Nyu-York meri Türkiyə ilə yaxın münasibətlərinə görə problem yaşayır

Abbasovadan sonra hədəfdəki Adamsdır Nyu-York meri Erik Adamsın Türkiyə ilə əlaqələri ilə bağlı başladılan istintaqda ona çağırış vərəqəsinin göndərildiyi iddia edilib. Mer Adams 2021-ci il seçki kampaniyası zamanı Türkiyədən və bəzi türklərə məxsus ABŞ şirkətlərindən qeyri-qanuni olaraq ianə almaqda ittiham olunur.

“The New York Times” qəzeti prokurorluğun Adams və komandasına qarşı hazırladığı iddianamənin məhkəmə jürisi tərəfindən qəbul edildiyini və istintaqla bağlı nsanların məlumatlarını tələb etmək üçün onlara məhkəmə çağırışlarının göndərildiyini iddia edib.

Nyu-York mətbuatı uzun müddətdir ki, Federal Təhqiqat Bürosunun (FTB) Erik Adams və onun 2021-ci il seçki kampaniyası işçilərinə qarşı qeyri-qanuni ianələrlə bağlı iddialarına yer verir. Lakin bu günə qədər heç bir rəsmi məhkəmə və ya iş qeydi dərc edilməyib.

***

FTB-nin Nyu-York meri Adamsın beynəlxalq əlaqələr üzrə müşaviri Rəna Abbasova, seçki kampaniyası meneceri Brianna Suggs və Türk Hava Yollarının “New York” üzrə keçmiş meneceri Cenk Öcalın evlərində axtarış apardığı iddia edilib.

“The New York Times” yazıb ki, istintaqın tam miqyası hələ də bəlli deyil, lakin Adams və Türkiyə hökumətinin 2021-ci il seçki kampaniyası üçün xarici ölkələrdən qeyri-qanuni olaraq ianə almaq üçün Türkiyə hökuməti ilə sövdələşmə olub-olmaması, təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, Türkiyənin göydələn binasının tikintisi Onun Manhettendə yeni inşa edilən konsulluğuna icazə verilmədiyini qeyd edib.

Nyu-York meri cümə günü səhər bir radio şousunda çıxış edərək, “Biz çox şəffaf olduq və dedik ki, səhv bir şey olmadığını göstərmək üçün baxmaq istədikləri hər şeyi – sənədləri, telefon mesajlarını çatdıracağıq”.

 





17.08.2024    çap et  çap et