Vaxt.Az

Almaniya Ukraynaya yardımı dayandırdı


 

Qənaətə qərar verən hökumət razılaşdırılandan başqa yeni maliyyə ayırmayacaq

Almaniya Ukraynaya yardımı dayandırdı Almaniya hökuməti qənaət tədbirləri çərçivəsində indiyə qədər razılaşdırılandan başqa Ukraynaya yeni yardımlar etməyəcək.

“Frankfurter Allgemeine Zeitung” qəzetinin xəbərində 2025-ci il büdcəsi ilə bağlı razılığa gələn Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət koalisiya hökumətinin yalnız Ukraynaya indiyə qədər təsdiqlənmiş, cari büdcə planlaması həyata keçirilmiş hərbi yardımla təmin edəcəyi bildirilib.

Sənədlərə və e-poçt yazışmalarına, eləcə də nazirliklər arasında keçirilən görüşlərə əsaslanan xəbərdə Almaniyanın Ukraynaya hərbi yardımı məhdudlaşdırmalı olduğu iddia edilib.

Xəbərdə Ukrayna üçün hazırkı büdcə planlamasında “yeni pul yoxdur” və buna səbəb kimi Baş nazirlik və Maliyyə Nazirliyinin qənaət tədbirləri olduğu bildirilib.

Xəbərdə indiyə qədər təsdiqlənmiş materialların Ukraynaya çatdırılacağı vurğulanıb, lakin Baş nazir Olaf Şolzun göstərişi ilə Müdafiə Nazirliyindən əlavə müraciətlərin təsdiqlənməyəcəyi bildirilib.

Xəbərdə Maliyyə Naziri və FDP sədri Kristian Linderin avqustun 5-də yazdığı məktubda bu məzmunda tələbini Müdafiə Nazirliyinə çatdırdığı və Linderin “yalnız bu ilin və gələn ilin büdcələri üçün maliyyələşdirmənin təmin edildiyi halda təqdirdə yeni tədbirlər görülə bilər”, – deyib.

Qeyd olunub ki, Linder Ukraynaya yardımın Almaniya büdcəsindən deyil, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən təmin edilməsini istəyib.

Hökumətin bu qərarının təsirlərinin artıq hiss olunmağa başladığı bildirilən xəbərdə hökumətin pul ayırmadığı üçün Ukraynaya İris-T hava hücumundan müdafiə sisteminin verilə bilməyəcəyi iddia edilib.

Almaniyanın Ukraynaya builki büdcədə 8 milyard avro, 2025-ci ilin büdcəsində isə 4 milyard avro ayırmağa qərar verdiyi bildirilib və bu pulun nəyə xərcləndiyi bəlli olub.

 





17.08.2024    çap et  çap et