Vaxt.Az

Merkeldən Putinə tərs sillə


 

«Avropada heç kim Moskva ilə dialoqu kəsmək istəmir, amma ...»

Merkeldən Putinə tərs sillə Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə konflikti daha da dərinləşdirəcəyi təqdirdə yeni sanksiyalarla hədələyib.

«Əgər Ukraynanın ərazi bütövlüyünə bundan sonra da qəsd olarsa, onda biz iqtisadi sanksiyalar tətbiq eləməli olacağıq. Heç kimin buna şübhəsi olmasın» - deyə Merkel bildirib.

Kanslerin sözlərinə görə, kimsə Rusiyaya cavab verilməsi məsələsində Avropa Birliyi daxilində konsensusla bağlı özünü aldatmasın. Merkel öz fikrinə «Avropada heç kim Moskva ilə dialoqu kəsmək istəmir»,- sözlərini də əlavə edib.

 





05.04.2014    çap et  çap et