Vaxt.Az

Rusiyada nüvə həyəcanı


 

Ukraynanın hücumuna məruz qalan Kurskda AES-in gələcəyi qaranlıqdır

Rusiyada nüvə həyəcanı Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası Rosatom Ukraynanın hücumları səbəbindən Zaporojya və Kurskdakı atom elektrik stansiyaları ətrafında vəziyyətin pisləşdiyini bildirib.

Qurum tərəfindən edilən yazılı açıqlamada baş direktor Aleksey Lixaçevlə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAGATE) prezidenti Rafael Mariano Grossi arasında telefon danışığı olduğu bildirilib. Görüş zamanı Zaporojya və Kurskdakı AES-lərdəki son vəziyyət müzakirə edilib. Lixaçev iki AES ətrafında vəziyyətin pisləşməkdə davam etdiyini vurğulayıb.

Açıqlamada Ukraynanın iki atom elektrik stansiyasının ətrafına qarşı çoxlu hücumlar təşkil etdiyi vurğulanıb: “Bu cür hərəkətlər iki AES-ə birbaşa təhlükə olmaqla yanaşı, həm də MAQATE-nin nüvə təhlükəsizliyinə yanaşmalarına zərər verir”.

Rusiya Müdafiə Nazirliyi də Ukraynanın Kursk Atom Elektrik Stansiyasına hücuma hazırlaşdığına dair xəbərlərin olduğunu və belə bir hücum olacağı təqdirdə “sərt cavab” veriləcəyini bildirib.

2022-ci ilin martında Rusiyanın nəzarətinə keçən Zaporojya Atom Elektrik Stansiyasının ətrafında artilleriya və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilərkən, Ukrayna və Rusiya hücumlarda bir-birini günahlandırır.

Rusiya ərazisinin Kursk vilayətində Ukrayna ordusunun avqustun 6-da başlatdığı hücumlardan sonra iki ordu arasında şiddətli toqquşmalar baş verib.

 





17.08.2024    çap et  çap et