Vaxt.Az

Kino aksessuarlarının auksionu


 

İndiana Consun əfsanəvi papağı 630 min dollara satılıb

Kino aksessuarlarının auksionu Hollivudun əfsanəvi personajlarından olan İndiana Consun papağı satışa çıxarılıb. Məşhur aktyor Harrison Fordun serialın ikinci filmində geyindiyi papaq İngiltərədə yerləşən “Propstore Auction” evinin təşkil etdiyi hərracda 630 min dollara satılıb.

Hərrac evindən verilən açıqlamada, “Qəhrəmanın özü qədər simvolik papaq onun unudulmaz geyiminin müəyyənedici elementidir. Bu fedora xüsusi olaraq İndiana Cons franşizasındakı ikinci film üçün hazırlanmışdı və Fordun və Şri Lanka kəndində, “Elstree Studios”da mədən arabası təqibi və ABŞ-dakı çay çəkilişlərindəki fotoqraflar, kameraarxası görüntülərlə uyğun gəlir. Ferrandininin şəxsi kolleksiyasından olan bu papaq ilk dəfə kolleksiyaçılara təqdim edilir. Papaqla ilə yanaşı indiana Cons kostyumunda usta kaskadyor Ferrandininin əvvəllər dərc olunmamış fotoşəkilləri və Dinin həyat yoldaşı Kif Ferrandini tərəfindən imzalanmış orijinallıq məktubu da var”.

Həmçinin hərracda 1983-cü ildə çəkilmiş “Ulduz müharibələri” filmində “Cedinin qayıdışı” filmində istifadə edilən hərbi dəbilqə 315 min dollara, Daniel Radkliffin “Harri Potter və Azkaban Məhbusu” filmində istifadə etdiyi “sehrli çubuq” isə 53 min 550 dollara satılıb.

 





17.08.2024    çap et  çap et