Vaxt.Az

Təyyarədaşıyanlar 1 sentə satıldı


 

“Kitty Hawk” və “John F. Kennedy”nin son mənzili Texas oldu

Təyyarədaşıyanlar 1 sentə satıldı Hərbi Dəniz Qüvvələrinin “Kitty Hawk” və “John F. Kennedy” təyyarədaşıyan gəmiləri 2022-ci ildə Texasda gəmiqayırma şirkəti “International Shipbreaking Limited”ə satılıb. İki təyyarədaşıyan gəmini muzeyə çevirmək çağırışlarına baxmayaraq, hər birini bir sentə satmasının səbəbi texniki xidmət xərclərinin yüksək olması bildirilib.

Vaşinqtonda yerləşən “Centre for National Interest” analitik mərkəzi tərəfindən iki ayda bir nəşr olunan “National Interest” jurnalı Soyuq Müharibə dövründən qalan gəmilərin baxım xərclərinin çox yüksək olduğuna diqqət çəkib.

“John F. Kennedy” 2007-ci ildə, “Kitty Hawk” isə 2009-cu ildə istismardan çıxarılıb. Veteranlar Assosiasiyası “Kitty Hawk” gəmisini muzeyə çevirmək üçün 5 milyon dollar toplayıb.

Bununla belə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Dəniz Sistemləri Komandanlığı (NAVSEA) gəmiləri satmaq qərarına gəlib.

Xəbərdə gəmilər muzeyə çevrilsə belə, ziyarətçilərdən gələn gəlirin gəmilərin baxım xərclərini qarşılaya bilməyəcəyi bildirilib.

O da qeyd olunur ki, təyyarədaşıyan gəmilərin Texasa daşınması xərcləri donanma tərəfindən qarşılanıb. Bildirilir ki, hər gəminin sökülməsi 18 ay çəkə bilər.

ABŞ-da 5 döyüş gəmisi muzey kimi istifadə olunur, lakin onların heç biri Soyuq Müharibə dövrünə aid deyil. Xəbərdə tok-şou aparıcısı Cey Leno, Hollivud ulduzu Bred Pitt və “Üzüklərin əfəndisi” serialını kinoya uyğunlaşdıran Piter Ceksonun hərbi maşınlar alaraq öz kolleksiyalarını yaratdıqları xatırladılır.

Digər tərəfdən, “Microsoft”un qurucularından Pol Allen və ya texnologiya milyarderi İlon Mask kimi adların işə qarışsaydı, bəlkə də “Kitty Hawk” və “John F. Kennedy”nin xilas ola biləcəyi yazılır.

 





17.08.2024    çap et  çap et