Bildirilib ki, keşişin evinə basqın zamanı polis metamfetamin istehsalında istifadə olunan kimyəvi maddələr və laboratoriya avadanlıqları aşkar edib. Hadisə zamanı paytaxt Vyanada yaşayan 30 yaşlı İraq əsilli şəxsin də yaxalandığı bildirilib. Bu şəxsin narkotik satışında rolu olduğu iddia edilib.
2021-ci ildən Aşağı Avstriyanın paytaxtı Sankt Pölen yeparxiyasında çalışan keşişin əslən polyak olduğu da bildirilib. Varşava Baş Yeparxiyasından verilən açıqlamada Avstriyadakı katolik dini qurumları ilə danışıqların davam etdiyi və lazımi addımların atılacağı bildirilib.
CNA-nın məlumatına görə, İraq əsilli avstriyalı və keşiş barəsində həbs qərarı çıxarılıb. Bildirilib ki, keşiş polisin dindirilməsi zamanı cinayətini etiraf edib və kilsə tərəfindən Avstriyada işləməyə qadağa qoyulub.
CNA və ABŞ-ın “New York Post” qəzeti hadisənin məşhur “Breaking Bad” serialını xatırlatdığına diqqət çəkib.
2008-ci il Amerika serialında Brayan Kranston tərəfindən canlandırılan kimya müəllimi Uolter Uayt ağciyər xərçəngi olduğunu öyrəndikdən sonra ailəsinə pul buraxmaq üçün metamfetamin istehsal etməyə başlayıb.