Vaxt.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, «Twitter»in vitse prezidenti, mənşəcə erməni olan Raffi Krikoryan aprel ayının ikinci yarısında İrəvana gələcək. Bu haqda erməni mətbuatı xəbər verib.Bir həftəlik Ermənistana səfəri zamanı
Krikoryanın proqramlaşdırma üzrə iki seminar keçirməsi və informasiya
texnologiyaları nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Krikoryanın
hökumət üzvləri ilə də görüşü olacaq.
Qeyd edək ki, «Twitter»in
vitse-prezidenti olan Raffi Krikoryan burada infrastruktur sisteminə başçılıq
edir.
Krikoryan və onun komandası «Twitter»də
baza sisteminə, server qruplarına və proqramların qeydiyyatına nəzarətlə
məşğuldur.
«Twitter»dən əvvəl Krikoryan WattzOn platformasının həmtəsisçisi, konsaltinq şirkətinin rəhbəri olub, həmçinin Nyu-York Universitetində müəllim işləyib.
çap et