Vaxt.Az

“Demokratik idarəçiliklə bir araya sığmır”


 

“X” Braziliyadakı ofisini dərhal bağlamağa qərar verdi

“Demokratik idarəçiliklə bir araya sığmır” “X” sosial media platforması nümayəndəsinin Braziliyada senzura əmrlərinə əməl etmədiyi təqdirdə “həbslə təhdid edildiyini” bildirərək, bu ölkədəki ofisini “dərhal” bağlamaq qərarına gəldiyini açıqlayıb. Mövzu ilə bağlı sosial media platformasının Qlobal Hökumətlə Əlaqələr şöbəsindən yazılı açıqlama verilib.

Açıqlamada bildirilir ki, ötən gecə Braziliya Ali Məhkəməsinin sədri Aleksandr de Moraes, senzura əmrlərinə əməl etmədiyi təqdirdə “X”in ölkədəki qanuni nümayəndəsini “həbs etməklə hədələyib”.

Açıqlamada Moraesin bu hərəkətləri gizli əmrlə etdiyi bildirilərək, “Ali Məhkəməyə etdiyimiz çoxsaylı müraciətlərimiz nəzərə alınmasa da, Braziliya ictimaiyyətinə bu əmrlərlə bağlı məlumat verilmədi və Braziliyalı əməkdaşlarımız platformamızda məzmunun bloklandığına dair heç bir məsuliyyəti və ya nəzarəti yox idi. Moraes hüquqi prosesə hörmətlə yanaşmaq əvəzinə, Braziliyadakı personalımızı təhdid etməyə üstünlük verdi”, – deyilir.

Açıqlamada işçilərin təhlükəsizliyini qorumaq üçün “Braziliyadakı ofisin dərhal bağlanması” qərara gəlindiyi vurğulanıb.

Açıqlamada “X” xidmətinin Braziliya xalqına təklif edilməyə davam ediləcəyi və bu vəziyyətin məsuliyyətinin “yalnız” Moraesə aid olduğu bildirilib.

Mövzuyla əlaqədar sosial platformanın sahibi İlon Mask verdiyi bəyanatda, “Onun hərəkətləri demokratik idarəçiliklə bir araya sığmır. Braziliya xalqının seçim etmək hüququ var: demokratiya və ya Aleksandr de Moraes”, – deyib.

 





18.08.2024    çap et  çap et