Böyük Britaniya səfiri Hitçen qatıldığı proqramda İraqda işləmək istəyən ingilis şirkətlərinin qarşılaşdığı problemlərdən birinin “nəzarətsiz silahlar” olduğunu ifadə edib: “Dövlət çərçivəsindən kənarda olan yaraqlıların mövcudluğudur. Silahlı dəstələr ölkənin işçilərinə qarşı çox aqressiv davranır. Buna görə şirkətlərin pullarını ölkəyə yatırması çətindir. Bu vəziyyət daxili problemlərə səbəb olur. Təhlükəsizlik xaosu regionda və hətta Avropada sabitliyi pozacaq nəticələrə gətirib çıxara bilər. Biz İraq xalqının həyat səviyyəsini yaxşılaşdıra biləcək güclü bir dövlət görmək istəyirik. Təəssüf ki, İraq dövlət güclü deyil. İraqdakı xaosdan fərqli şərait görmək istəyirik”.