Vaxt.Az

Hərəkət edən dönmə çarxı yanıb


 

Almaniyada festivalda ən azı 23 nəfərin yaralanıb

Hərəkət edən dönmə çarxı yanıb Almaniyanın Leypsiq şəhərində keçirilən musiqi festivalında dönmə çarxında baş verən yanğın nəticəsində ən azı 23 nəfərin xəsarət aldığı bildirilib. Alman Xəbər Agentliyinin polisə əsaslanaraq verdiyi xəbərə görə, “Highfield” Musiqi Festivalında dönmə çarxında yanğın baş verib.

İlkin məlumata görə, dönmə çarxının altındakı əşya naməlum səbəbdən yanıb və daha sonra alov qondolaya keçib.

Hadisə yaralanan polis əməkdaşları və ilkin tibbi yardım briqadasının üzvləri də daxil olmaqla 16 nəfərə xəstəxanada tibbi yardım göstərilib.

Müalicə olunanlardan 4 nəfərin yanıq xəsarətləri aldığı, 1 nəfərin isə yıxılma nəticəsində xəsarət aldığı paylaşılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

 





18.08.2024    çap et  çap et