Açıqlamada, hücum nəticəsində obyektdə ən azı 2 yanğının baş verdiyi, fabrikə dəyən zərərin nəticələri ilə bağlı təfərrüatların dəqiqləşdirildiyi bildirilib.
Açıqlamada, hücumun Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi tərəfindən müdafiə qüvvələrinin digər bölmələri ilə birgə həyata keçirildiyi paylaşılıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mikola Oleşuk sosial media hesabındakı paylaşımında Rusiyanın Kursk bölgəsində daha bir körpünü havadan vurduqlarını yazıb: “Havadan müdafiə qüvvələrimiz dəqiq zərbələrlə düşməni maddi-texniki imkanlardan məhrum etməyə davam edir”.
Oleşuk başqa bir açıqlamasında Rusiya ordusunun bu gecə Ukraynada həyata keçirdiyi hücumlarla bağlı məlumat verib.
Rusiyanın 1 ədəd “İsgəndər-M” ballistik raketi, 1 ədəd “KN-23” ballistik raketi ilə Ukrayna ərazisinə hücum etdiyini bildirən hərbçi 3 qanadlı raketin və 8 İHA-nın Kiyev, Sumı və Poltav bölgələrində vurulduğunu qeyd edib.
Oleşçuk digər raketlərin hədəflərinə çata bilmədiyini və hücumda ölən və ya yaralanan olmadığını bildirib.
Digər tərəfdən, Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergiy Popko sosial media hesabından verdiyi açıqlamada Rusiyanın bu səhər Kiyevə ballistik raketlərlə hücum etdiyini bildirib.
İlkin məlumata görə, Rusiya ordusunun Şimali Koreya istehsalı olan “KN-23” tipli ballistik raketlərdən istifadə etdiyinə diqqət çəkən Popko, “Havadan müdafiə qabiliyyətimiz bir daha düşmənin hədəfinə çatmasının və Kiyevi vurmasının qarşısını aldı. İlkin məlumata görə, Məlumata görə, ballistik raketlər paytaxt yaxınlığında vurulub”, – deyib.
Popko Rusiyanın Kiyevə PUA-ları ballistik raketlərlə eyni vaxtda göndərdiyini bildirərək, bütün İHA-ların şəhər xaricində məhv edildiyi, dağıntı və yaralananın olmadığı barədə məlumat paylaşıb.
Ukrayna prezidenti Vladimir Zelenski də sosial media hesabındakı paylaşımında qeyd edib ki, Rusiya son bir həftə ərzində Ukraynaya hücumlarında 40-dan çox müxtəlif raket, 750 idarə olunan bomba və 200 müxtəlif PUA-dan istifadə edib.