Vaxt.Az

Lula da Silva Madurodan əl çəkmir


 

Braziliya prezidenti seçki protokollarını açıqlanmasını istəyib

Lula da Silva Madurodan əl çəkmir Venesuelada prezident seçkilərindən sonra ölkə daxilində və xaricində gedən siyasi müzakirələr səngimir. Ölkəsində bir radio kanalında açıqlama verən Braziliya prezidenti Luiz İnasio Lula da Silva Venesuela rəsmilərindən seçki nəticələrinin protokollarını açıqlamalarını və kimin qalib gəldiyini şəffaf şəkildə müəyyən etməyi tələb edib.

Lula da Silva Venesuela Milli Seçki Şurasının (CNE) zəng edərək, “Bu səslərin sayılması ilə bağlı cədvəllər haradadır? Müxalifət  də. Maduro da qalib gəldiyini deyir. Mən prosesin demokratik olduğunu düşünürəm, amma protokolları göstərsələr inanacağam”, – deyib.

Venesuelada xalqın demokratik seçimlərinə hörmət etdiklərini vurğulayan Lula da Silva, “Venesuela xalqı yalnız öz gələcəyinə qərar verir. İnanıram ki, Cənubi Amerikada sülh içində yaşamaq üçün bizə dəstək olmaq istəyən çoxlu ölkə var”, – deyib.

Lula da Silva Venesuelada siyasi müzakirələrin ölkədə vətəndaş müharibəsinə gətirib çıxaracağı ilə bağlı şərhlərlə razılaşmadığını bildirib.

Braziliya prezidenti avqustun 15-də verdiyi açıqlamada Venesuelada koalisiya hökumətinin qurulmasının və ya yeni seçkilərin keçirilməsinin təklif etdikləri variantlar arasında olduğunu qeyd edib.

***

İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.

İyulun 29-da seçki başa çatdıqdan sonra bəyanatla çıxış edən müxalifət Milli Seçki Şurasının məlumatlarının dəqiq olmadığını və nəticələrin saxta olduğunu iddia edib.

 





18.08.2024    çap et  çap et