Vaxt.Az

Avropada Çernobıl təhlükəsi


 

Kursk Atom Elektrik Stansiyasındakı fəlakət regionu yaşanmaz hala gətirə bilər

Avropada Çernobıl təhlükəsi ABŞ-ın təqaüddə olan zabiti Stanislav Krapivnik, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzünə başlayandan bəri Ukraynanın ən dərin sərhəd əməliyyatını həyata keçirdiyi Kursk bölgəsi ilə bağlı həyəcanlı xəbərdarlıq edib.

“Russia Today”ə danışan Krapivnik bildirib ki, Ukrayna silahlı qüvvələri Kursk Atom Elektrik Stansiyasını vursa, bu, Avropanın əksər hissəsini əhatə edəcək nüvə fəlakətinə səbəb ola bilər.

Kursk Atom Elektrik Stansiyasının fəaliyyətdə olduğunu bildirən Krapivnik, soyutma sistemi hədəf alınarsa, bunun Fukusima və ya Çernobıl kimi bir hadisəylə nəticələnəcək nüvə əriməsinə səbəb olacağını və fəlakətdən Avropanın böyük hissəsinin təsirlənəcəyini vurğulayıb.

Mümkün fəlakətin “Polşa, Almaniya, Danimarka və Skandinaviya ölkələri”nə çatacağını ifadə edən Krapivnik, Kursk Atom Elektrik Stansiyasındakı ərimənin bölgəni yaşanmaz hala gətirəcəyini vurğuladı.

 

Fukusima qəzası

 

11 mart 2011-ci il Yaponiya tarixinə qara ləkə kimi həkk olundu. Həmin gün Yaponiyanın şimal-şərqində baş verən 9.0 bal gücündə zəlzələ nəhəng sunamiyə səbəb oldu. Bu fəlakətin mərkəzində Fukusima Daiiçi Atom Elektrik Stansiyası dayanırdı. Bu hadisə Yaponiyanın ən böyük nüvə böhranlarından biri kimi tarixə düşdü.

Zəlzələdən sonra baş verən sunami elektrik stansiyasının soyutma sistemlərini və elektrik infrastrukturunu sıradan çıxardı. Bu qəza reaktorların həddindən artıq istiləşməsinə və idarəetməni itirməsinə səbəb olub. Qısa müddətdə reaktorlarda ciddi ərimə təhlükəsi yaranıb.

Radioaktiv nüvələrin həddindən artıq istiləşməsi elektrik stansiyasında hidrogen partlayışlarına səbəb olub. Bu partlayışlar elektrik stansiyasının strukturuna böyük ziyan vurmuş və atmosferə radioaktiv maddələrin buraxılmasına səbəb olmuşdu. Radioaktiv sızmalar ətraf ərazilərin ciddi şəkildə çirklənməsinə gətirib çıxarmışdı.

Təbii fəlakətdən sonra minlərlə insan bölgədən təxliyə edilmişdi. Böyük bir ərazi radioaktiv çirklənmə səbəbindən təhlükəli olaraq qeyd edilmişdi. Evakuasiya edilənlər həm qısamüddətli, həm də uzunmüddətli sağlamlıq riskləri və yerdəyişmə kimi problemlərlə üzləşdilər.

 

Çernobıl fəlakəti

 

26 aprel 1986-cı il tarixə dünyanın ən böyük nüvə enerjisi fəlakətlərindən birinin baş verdiyi gün kimi düşdü. Sovet İttifaqının Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayış nüvə enerjisi tarixində ən dəhşətli qəzalardan birinə səbəb oldu.

Həmin gün Çernobıl Elektrik Stansiyasının 4 saylı reaktorunda baş verən nəhəng partlayış reaktorun xarici strukturunun tamamilə dağılmasına və radioaktiv maddələrin atmosferə yayılmasına səbəb olmuşdu. Partlayış nəticəsində yaranan radioaktiv bulud geniş coğrafi əraziyə yayılaraq böyük ekoloji fəlakətlə nəticələnmişdi.

***

Partlayışdan sonra radioaktiv maddələr havaya sızaraq geniş ərazidə çirklənməyə səbəb olub. Xüsusilə, yod-131, sezium-137 və stronsium-90 kimi radioaktiv izotoplar ətrafdakı kənd təsərrüfatı məhsullarına və su ehtiyatlarına qarışmışdı. Bu vəziyyət rayon əhalisinin səhhətində ciddi problemlər yaşamasına gətirib çıxarmışdı. Xərçəng və qalxanabənzər vəzi xəstəliklərində artım müşahidə olunmuşdu.

Təbii fəlakətdən sonra 30 kilometrlik ərazidə yaşayan təxminən 115 min insan təxliyə edilmişdi. “Qəza zonası” kimi tanınan bu ərazi radioaktiv çirklənmə səbəbindən illərdir yaşayış üçün yararsızdır. Bölgədəki evakuasiya və köçürülmə həm qısamüddətli, həm də uzunmüddətli sosial və iqtisadi çətinliklərlə müşayiət olunmuşdu.

 

Zaporojya Atom Elektrik Stansiyası

 

Rusiyanın Ukraynaya 24 fevral 2022-ci ildə başlayan genişmiqyaslı hücumları Zaporojya Atom Elektrik Stansiyasını da hədəf alıb. Rusiya qüvvələrinin zavodu bombalaması və artilleriya atəşi reaktorların təhlükəsizlik sistemlərinə ciddi ziyan vurub. Bu vəziyyət radioaktiv sızma riski yaradıb, beynəlxalq ictimaiyyətdə böyük narahatlığa səbəb olub.

Vəziyyət kritikləşdiyindən MAQATE öz ekspertlərini bölgəyə göndərib. Bu addım elektrik stansiyasının təhlükəsizliyini təmin etmək və baş verə biləcək fəlakətin qarşısını almaq üçün atılıb. MAQATE zavodun təhlükəsizliyinə davamlı olaraq nəzarət edir və beynəlxalq yardımla dəstək göstərirdi.

Ukrayna elektrik stansiyasının ətrafında təhlükəsizlik tədbirlərini artırıb. Elektrik stansiyasını Rusiya hücumlarından qorumaq üçün kritik infrastrukturun təhlükəsizliyini təmin etmək üçün müxtəlif tədbirlər görülüb. Zavodun işçiləri və mütəxəssisləri radioaktiv sızma riskinə qarşı diqqətlə çalışıblar.

Beynəlxalq ictimaiyyət Ukraynaya və Zaporojye bölgəsindəki insanlara yardım göndərməyə başlayıb. Fövqəladə hallara cavab verən qruplar radioaktiv sızmaya hazır olmaq üçün təlim keçib. Bu yardım mümkün fəlakətin qarşısını almağa kömək edib.

 

Kursk Atom Elektrik Stansiyası

 

Rusiyanın qərbində, Kursk şəhərindən cəmi 20 kilometr şərqdə yerləşən Kursk Atom Elektrik Stansiyası 1977-ci ildə ilk reaktorunu işə salaraq enerji istehsalına başlayıb.

Sovet İttifaqı dövründə tikilmiş bu elektrik stansiyasının digər üç reaktoru müvafiq olaraq 1981, 1985 və 1986-cı illərdə istifadəyə verilib. Dörd RBMK-1000 tipli reaktoru olan elektrik stansiyasındakı reaktorlar su ilə soyudulan və qrafit moderator konstruksiyasına malikdir və Çernobıl faciəsində istifadə edilən eyni tipli texnologiyadır.

 





18.08.2024    çap et  çap et