Yəmən hökumətinin Qaçqınlar Düşərgələri İdarəsi İcra Birliyinin dərc etdiyi hesabatda daşqın səbəbindən didərgin düşənlərin vəziyyəti barədə məlumat verilib.
Hesabatda avqustun əvvəlindən Marib vilayətinə daşqınlara məruz qalan 12 mindən çox ailənin gəldiyi və bu ailələrin çox çətin şəraitdə həyatda qalmaq üçün mübarizə apardığı bildirilib.
Hesabatda 3 min 673 ailənin daşqından böyük, 8 min 689 ailənin isə qismən zərər çəkdiyi qeyd edilib.
Hesabatda 7 məktəbin tamamilə dağıldığı, 15 məktəbin qismən zədələndiyi, 15 səhiyyə ocağına da ziyan dəydiyi bildirilib.
Məlumatda sel nəticəsində 4-ü qadın, 1-i uşaq olmaqla 8 nəfərin həyatını itirdiyi, 34 nəfərin isə yaralandığı xatırladılıb.
Maribdəki rəsmi səlahiyyətlilər keçən həftə verdikləri açıqlamada sel səbəbiylə əyalətə gələn ailələrin sayının 7 min olduğunu açıqlamışdı.