Vaxt.Az

Fırtına tur gəmisini batırıb


 

7 nəfər itkin düşüb

Fırtına tur gəmisini batırıb İtaliya mətbuatında yer alan xəbərdə, son günlər ölkəni təsir edən yağış və fırtınalı hava şəraitinin Palermo şəhərinin 20 kilometr şərqindəki Porticello sahillərində yerli vaxtla saat 05:00 radələrində bir gəminin batmasına səbəb olduğu bildirilib.

Sahil Mühafizəsi və yanğınsöndürmə qruplarının batan gəmidə həyata keçirdiyi əməliyyat nəticəsində 15 nəfərin xilas edildiyi, lakin 7 nəfərin itkin düşdüyü bildirilib.

Qayığın 49 metr dərinliyə batdığı və itkin düşənlərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. İtkin düşənlərin axtarışına helikopterin də dəstək verdiyi qeyd edilib.

Britaniya bayrağı altında üzən gəmidə olanların İngiltərə, Yeni Zelandiya, Şri Lanka, Fransa, İrlandiya, ABŞ və Kanada vətəndaşları olduğu öyrənilib.

 





19.08.2024    çap et  çap et