Mask “X” sosial media platformasında məsələ ilə bağlı onu tənqid edən amerikalı köşə yazarının yazısına cavab verib.
Şirkəti tərəfindən istehsal edilən avtomobili Çeçenistan liderinə hədiyyə etdiyi ilə bağlı iddiaları rədd edən Mask, “Rus generalına “Cybertruck” verdiyimi düşünəcək qədər ciddisinmizmi?” dedi.
Kadırov üzərinə quraşdırılmış avtomatla “Cybertruck” idarə edərkən çəkdiyi videonu “Telegram” səhifəsində paylaşıb. Yazıda maşının tezliklə hərbi bölgəyə göndəriləcəyini bildirən Kadırov Maska təşəkkür edib və onu Qroznı şəhərinə dəvət edib.
İdxal məhdudiyyətlərinin olduğu Rusiyaya “Cybertruck”un necə çatdığı hələlik məlum deyil.