Vaxt.Az

Toqquşmadan son anda yayınıb


 

Suriyada ABŞ və Rusiya təyyarələri bir-birinə təhlükəli şəkildə yaxınlaşıb

Toqquşmadan son anda yayınıb Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus döyüş təyyarəsi dünən (bazar günü) Homs əyaləti üzərində Rusiyanın kəşfiyyat təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.

ABŞ 2014-cü ildə iki ölkənin böyük bölgələrini ələ keçirən, lakin sonradan geri çəkilən İŞİD-in geri qayıtmasının qarşısını almağa çalışan yerli qüvvələrə məsləhət və yardım göstərmək üçün Suriyada 900, qonşu İraqda isə 2500 əsgər yerləşdirib.

Rusiyanın TASS agentliyinin məlumatına görə, Rusiyanın Suriyadakı Döyüşən Tərəflərin Barışıq Mərkəzinin rəis müavini, kapitan Oleq İqnasiuk “Koalisiyaya aid F/A-18 döyüş təyyarəsi Suriya hava məkanında planlaşdırılmış uçuş həyata keçirən Rusiya Aerokosmik Qüvvələrinə aid An-30 təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb. Rusiya ekipajı yüksək peşəkarlıq nümayiş etdirərək toqquşmanın qarşısını almaq üçün dərhal lazımi tədbirlər görüb”. TASS-a məlumatına görə hadisə Homs əyalətinin Əl-Tanf rayonunda baş verib.

“Reuters” xəbəri müstəqil mənbələrdən təsdiq edə bilməyib. ABŞ Müdafiə Nazirliyi hələlik agentliyinin sorğusuna cavab verməyib. ABŞ-ın Suriyanın İordaniya ilə sərhədindəki Əl-Tanf bölgəsində hərbi bazası var.

 





19.08.2024    çap et  çap et