***
Keçən aydan başlayaraq Pakistan ordusunun media qanadı TTP-ni, onun döyüşçülərini və yaraqlılarını təsvir etmək üçün “xarici fitnə” ifadəsindən istifadə etməyə başlayıb. Bu vəziyyət Pakistanın hazırkı Baş Qərargah rəisi, general Asim Munir İslamabadda çıxışı zamanı Pakistan Talibanını “xaricilər” adlandırdıqdan sonra başlayıb.
Bu yaxınlarda hərbçilərin media qanadı TTP-yə “Xaricilər” adlı yeni terminlə damğa vurmağa başlayıb: “Əməliyyat zamanı qüvvələrimizlə “Xaricilər” arasında şiddətli toqquşma olub, nəticədə üç “Xarici” öldürülərək cəhənnəmə göndərilib, biri isə yaralanıb. Təhlükəsizlik qüvvələri, ölkəyə qarşı terror aktlarında iştirak edən və günahsız mülki əhalini hədəf alan ölü “Xarici”lərdən silah və sursat ələ keçirib. Hazırda ərazidə ola biləcək digər “Xarici”ləri məhv etmək üçün ərazi təmizlənir. Təhlükəsizlik qüvvələri ölkədəki “xarici”lər və terror təhlükəsini aradan qaldırmaqda qərarlıdır”.
“Xarici”lər, İslamın ilk dövrlərində dördüncü xəlifə Əli ibn Əbu Talibə qarşı qiyam qaldırdıqları zaman İslamın ilk vətəndaş müharibəsi ilə müsəlmanların əsas tərkibindən qopan bir məzhəb olaraq təyin olunur.
“Taliban”a gəlincə, hüquqi baxımdan, bu, Britaniya Hindistanında yaranmış və “Deobandi hərəkatı” adlanan (məqsədi İslamı bütün qeyri-islami inanc və əməllərdən təmizləməkdir) islahat hərəkatının bir hissəsidir. İngiltərinin Hindistanı işğalından sonra hind din alimlərinin başlatdığı və müsəlmanların 700 illik hərbi və siyasi hökmranlığına son qoyan təhsil islahatları ilə maraqlanıb.
“Deobandi” əsas sünni hərəkatıdır
“Deobandi hərəkatı” çox vaxt əsas sünni hərəkatı kimi səciyyələnir və onun ardıcıllarının əksəriyyəti Hənəfi məzhəbinə tabedir. Bunun əksinə olaraq, “Xarici”lər dörd əsas sünni fiqh məktəbinin heç birinə tabe olmayıblar. Teoloji baxımdan Pakistan Talibanı (TTP) tamamilə əsas sünni İslamına riayət edir.
Bununla belə, TTP-nin son iyirmi ildə özünü islam gücü və ya regionda islam maraqlarının təmsilçisi kimi görən Pakistan ordusu ilə müharibədə olması TTP-ni Cənubi və Cənub-Qərbi Asiyada əsas İslam maraqlarından siyasi baxımdan uzaqlaşdırıb.
Pakistan ordusu Əfqanıstanda “Sovet İttifaqının kafir hərbi qüvvələrinə” qarşı cihadı dəstəkləmək, habelə Hindistanın işğalı altında olan Kəşmirdə “kafir Hindistan işğalçı qüvvələri”nə qarşı Kəşmir müsəlmanlarını dəstəkləməkdə öz rolu və irsi ilə fəxr edir.
11 Sentyabr hadisəsindən sonra ilk dəfə olaraq Pakistan ordusu yaraqlı qüvvələr olan TTP ilə vuruşmalı olub.
TTP gücünü həm konseptuallaşdırılmış inancdan, həm də regionda qeyri-islami ünsürlərə qarşı mübarizə aparan İslami qüvvə kimi çəkdiyi obrazdan alır.
Pakistan Talibanının imicini onların islamçı ideologiyaya sadiq olan “Əl-Qaidə” kimi beynəlxalq terror qruplaşmaları ilə əlaqələri də gücləndirib.
Belə bir vəziyyətdə Cənubi Asiyada TTP-nin İslam strukturundan çıxarılması Pakistan ordusu üçün bir zərurətə çevrilib.
Pakistan ordusu pakistanlı din alimlərinin TTP və ya Üsamə bin Ladeni İslam şəhidi kimi qələmə vermək cəhdlərinə sərt reaksiya verib. Çünki bu cür cəhdlər ordunun regionda əsl İslam qüvvəsi kimi mövqelərini sarsıdıb.
TTP isə Pakistan dövlətinə və ordusuna qarşı apardıqları mübarizəni “cihad” olaraq təyin edir. Terrorçuıar hətta bu münaqişəni “Qəzvət-ı Hind” kimi təsvir edən bir ifadə də uydurub.