Vaxt.Az

Rusiyada yaşamaq iznini asanlaşdıran fərman


 

Üstünlük hansı əcnəbilərə şamil olunacaq?

Rusiyada yaşamaq iznini asanlaşdıran fərman Rusiya prezidenti Vladimir Putin ənənəvi dəyərləri dəstəkləyən və “neoliberal dəyərlərə” qarşı çıxan əcnəbilərin Rusiyada yaşamaq icazəsi almasını asanlaşdırıb. Rusiya dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Rusiya hökuməti öz vətəndaşlarına “dağıdıcı neoliberal ideyaların tətbiq edildiyi” ölkələrin siyahısını da hazırlayacaq.

Putinin imzaladığı fərmanla bəzi əcnəbilərin Rusiyada yaşamaq icazəsi alması prosesi sadələşdirilib.

Müvafiq olaraq, ənənəvi dəyərləri dəstəkləyən və neoliberal dəyərlərə qarşı çıxan insanların yaşayış icazəsi alması asanlaşması ilə bərabər, bu əcnəbilər rus dili, rus tarixi və qanunlarını əhatə edən imtahanlardan azad olunacaqlar.

LGBT hərəkatı 2023-cü ilin noyabrında Rusiyada “ekstremist” hesab edilib və ölkədə fəaliyyəti qadağan edilib.

 





20.08.2024    çap et  çap et