Vaxt.Az

Türkiyə “bişəcək”


 

Sabah ilin ən isti günü olacaq

Türkiyə “bişəcək” Sabah Türkiyənin Anadolu bölgəsi həddindən artıq istilərdən təsirlənəcək. Temperaturun orta səviyyədən 8 dərəcə yuxarı qalxacağı ehtimal olunur. Yayın ən isti günləri Qara dəniz bölgəsinin şərqindəki havanın temperaturu kölgədə 42 dərəcəyə çatacaq.

Meteorologiya Ümumi Müdirliyinin son məlumatına görə, istilər xüsusilə ölkənin şərqində təsirli olacaq. Temperatur 7-8 dərəcə yüksələcək.

***

“Şərqi Qara dəniz, İç Anadolu, Şərqi və Cənubi Anadolu və Aralıq dənizi də istinin təsiri altında olacaq. Xüsusilə sabah ən isti gün Amasya Tokat bölgəsində olacaq. Kölgədə 42 dərəcəyə havada günvurma riski yüksəkdir. Temperatur yüksək olduğu üçün yaşıllıqlarda və kol-kos olan yerlərdə yanğına qarşı diqqətli olmaq lazımdır. Çünki istənilən şüşə parçasının yanğına səbəb olur”.

***

İstanbulda havanın temperaturu 33 dərəcəyə qədər yüksələcək. Mülayim Şimal-şərq küləyi sürətlə əsəcək, lakin rütubətin yüksək olmaması gecələr havanın sərin olmasına səbəb olur. Ankara temperatur kölgədə 36 dərəcəyə yüksələcək. İzmirdə külək daha rütubətli əsməyə başlayıb. Hava çox dəyişkəndir, temperatur 36-37, Bursa 35 dərəcədir. Antalyada hava çox rütubətlidir və temperatur 40 dərəcədir.

 





20.08.2024    çap et  çap et